“Tur de Frans”da qadın idmançıların yeni tapıntısı mübahisələr yaratdı

04.08.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Qadınlar arasında keçirilən “Tur de Frans” veloyarışında bəzi idmançıların sinə ölçüsünü artıran altlıqlardan istifadə etdiyi bildirilir.

İdman.Biz xəbər verir ki, bu üsul aerodinamik müqavimətin azalmasına kömək edir. İdeal şəraitdə velosipedçi hər kilometrdə 0,78 saniyə üstünlük qazana bilər.

Bir neçə komanda məsələ ilə bağlı yarış komissarlarına müraciət edib. Komandalar mərhələlərdən əvvəl qadın komissarların idmançıları yoxlamasını tələb ediblər.

Məlumata görə, yoxlamaların məqsədi yarış iştirakçılarının süni vasitələrlə aerodinamik üstünlük əldə etməsinin qarşısını almaqdır.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью