Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Hindistan gömrüyündə saxlanılan politoloq Turab Rzayev Bakıya qayıda bilib.
Globalinfo.az bildirir ki, bu barədə Axar.az-a politoloq özü məlumat verib.
O bildirib ki, üzərindəki bütün pul müsadirə olunduqdan buraxılıb: “Saxlanılmağım üçün heç bir əsas yox idi.
Əsas məsələ pulun müsadirə olunmasıydı. Üzərimdə 7 nəfərin xərci üçün nəzərdə tutulan 12 min dollar həcmində məbləği məndən aldılar – yeni b
Məcbur qalıb, Bakı ilə əlaqə saxladıb, buradan bilet aldırdım. Mənə telefon və internet əlaqəsi belə yaratmırdılar”.
O, saxlanılmasında Azərbaycana qarşı qərəzli münasibəti olan şəxslərin rolu olduğunu bildirib: “Əvvəlcə, gömrük kəşfiyyatı saxlamışdı.
Onlar rüşvət istəyirdilər. Daha sonra iş gömrüyün özünə yönləndirildi.
Gömrüyün şöbə müdirləri mənim yanımda rəislərinə müraciət etdilər ki, burax, getsin.