Turac Əliyev: “Tank”ı mənə onlar verib” MÜSAHİBƏ | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. Azərbaycanın MMA döyüşçüsü Turac Əliyevin İdman.biz-ə müsahibəsi - Niyə məhz “Tank”?
Bu ləqəb hansı xüsusiyyətlərinizi xarakterizə edir? - Bu adı mənə ətrafımdakı insanlar verib, özüm seçməmişəm.
Səbəb isə güclü güləşlə rəqiblərimi keçməyim, sürətim, vaxtından əvvəl qələbə qazanmağımdır.
- GFC (Georgian Fighting Championship) liqasında son döyüşünüzdə ilk raundda qələbə qazanmaqla “Tank”ın haqqını vermiş oldunuz.
Özünüzdən bunu gözləyirdiniz? - Qələbəni gözləyirdim, ancaq birinci raundda yox. Rəqibim GFC liqasının ən yaxşı döyüşçülərindən biridir.
Dörd döyüş idi ki, məğlub olmurdu. 9 yaş məndən böyük idi. Üstəlik, çox təcrübəlidir. Döyüşü birinci raundda bitirmək özümə də sürpriz oldu.
- Qola ağrıdıcı fənd tətbiq etməklə qalib gəldiniz. Əvvəlcədən bu gedişi planlaşdırmışdınız, yoxsa?
- Əslində, ən baxımlı güləş nümayiş etdirmək istəyirdim. Döyüş zamanı hiss etdim ki, rəqibin güləşi zəifdir.
Tam oxu
Xəbəri oxu