Tural Bayraməliyev süni intellektlə mahnı təqdim etdi

12.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bəstəkar Tural Bayraməliyev süni intellektlə hazırlanmış yeni mahnı təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, o, mahnını “Duyğularım” adlandırıb. 

T.Bayraməliyev mahnı haqqında fikirlərini saytımızla bölüşüb:

“Onsuz da mahnılarımı satmıram. Ona görə də mənə fərq etmir ki, onu hansısa müğənni oxudu, ya süni intellektlə ifa olundu. Bu illər ərzində məndən imtina edən ifaçılar çox oldu. Belə olması daha xoşdur”.

Bəstəkar bu ifanı icazəsiz oxumağı qadağan etdiyini bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью