Tural Cəlilov: Xal qazanmaq istəyirik

08.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1-ci Liqanın ilk turunda "Gəncəbasar"a 1:2 hesabı ilə uduzan "Şimal" növbəti matçını qonaq qismində MOİK-ə qarşı keçirəcək.

Xaçmaz təmsilçisinin çalışdırcısı Tural Cəlilov "hərbçilər"ə qarşı oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"MOİK-in "Şahdağ Qusar"la oyununu izləmişəm. Çox keyfiyyətli futbolçuları var, yaxşı komandadır. Topla yaxşı rəftar edir, məzmunlu hücumlar qurmağı bacarırılar. Çətin oyun olacağı dəqiqdir. Matça ciddi hazırlaşırıq. Xal qazanmaq istəyirik".

Qeyd edək ki, nazirlik komandası açılış turunda "Şahdağ Qusar"a 0:1 hesabı ilə uduzub. MOİK - "Şimal" qarşılaşması sentyabrın 11-də baş tutacaq. Binə qəsəbə stadionunda reallaşacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.

Nihat  

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью