Tural Əliyev PAŞA Sığortadan ayrıldı

29.04.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan PAŞA Sığortanın İdarə Heyəti sədrinin müavini Tural Əliyev PAŞA Property Management şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Tural Əliyev PAŞA Sığorta şirkətində 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində şirkətin inkişafında mühüm rol oynayıb. O, PAŞA Sığortanın bazardakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib.

Tural Əliyev PAŞA Sığortadakı vəzifəsindən ayrılaraq, 1 may 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью