Tural Gəncəliyev: İnformasiya məkanımıza kiber hücumların arxasında böyük güclər dayanır

28.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Ölkəmizin informasiya məkanına kiber-hücumlar olub".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, belə təhlükələrin təsirini neytrallaşdırmaq məqsədi ilə müttəfiq olduğumuz ölkələrlə bu kimi hücumlara qarşı əməkdaşlıq etməliyik:

"Dövlət qurumlarının saytlarına da edilən hücumlar onu göstərir ki, bunun arxasında böyük güclər dayanır. Hücumlar sistemli təşkil olunmuş cinayətdir".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью