Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 3 iyun, AZƏRTAC Bakı Təşəbbüs Qrupu müasir dövrdə bəzi Avropa və Qərb ölkələrinin hələ də
Deputat qeyd edib ki, bu gün bir sıra dövlətlər keçmişdə malik olduqları imperiya statusundan istifadə edərək, öz xarici siyasətlərini həmin
“Məsələn, Fransa bir vaxtlar Şimali Afrika və Yaxın Şərqin böyük hissəsini işğal etmişdi.
Bu ölkə hazırda da keçmiş müstəmləkəçilik dövrünün siyasətini müxtəlif formalarda davam etdirir”, – deyə Tural Gəncəliyev vurğulayıb.O bildirib ki, Bakıda keçirilən beynəlxalq elmi konfransda Əlcəzair başda olmaqla, bir sıra keçmiş müstəmləkə ölkələrinin nümayəndələri iştirak edirlər.
Onlar müstəmləkəçilik siyasətinin həmin ölkələrin siyasətinə, iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsirləri barədə müzakirələr aparırlar.Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirak etdiyini və sədrlik missiyalarını uğurla yerinə yetirdiyini xatırladan Tural Gəncəliyev deyib: “Ölkəmiz müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərə dəstək verməyə hər zaman hazırdır.
Biz bu missiyanı davam etdirəcəyik”.Tural Gəncəliyev əlavə edib ki, Azərbaycanın parlament üzvləri də Bakı Təşəbbüs Qrupu ilə birgə bu istiqamətdə fəaliyyət göstərirlər: “Əsas məqsədimiz müstəmləkəçiliyin ifşası və bu ideologiyanın XXI əsrdə qəti şəkildə rədd edilməsidir.
Xüsusilə Fransa və bəzi digər Avropa ölkələri hələ də müstəmləkəçilik siyasətini insan haqları, demokratiya və digər dəyərlər adı altında davam etdirirlər.
Təəssüf ki, müstəmləkə siyasətindən əziyyət çəkən ölkələrin bu siyasətə qarşı mübarizə aparmaq üçün geniş imkanları yoxdur.