Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Tural Gəncəliyev qlobal güc mərkəzləri arasında eskalasiyanın artdığı bir dövrdə Cənubi Qafqazın qarşıdurma meydanından əməkdaşlıq məkanına çevrilməsinin əsas memarının məhz Azərbaycan dövləti olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, arlamentari son dövrlərdə regionda praqmatizmi əks etdirən müsbət proseslərin müşahidə olunduğunu vurğulayaraq, Zəngəzur dəhlizinin (TRIPP marşrutu) açılması istiqamətində atılan addımlara diqqət çəkib.
Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra bu strateji marşrutun qlobal miqyasda gündəmə gəlməsi mümkün olub və meqalayihənin mühüm hissəsi kimi reallaşdırılması istiqamətində işlər aparılır. Sərfəli qiymətə məhsullar
Sülh gündəliyinin formalaşmasında Azərbaycanın aparıcı rol oynadığını qeyd edən T.Gəncəliyev keçən il Vaşinqtonda paraflanmış sülh müqaviləsi layihəsindən sonra regionda müsbət dinamikanın yarandığını bildirib. Deputat Azərbaycanın Ermənistana müvafiq məhsulların tranzitini təmin etməsini, kommunikasiyaların qurulması istiqamətində atılan addımları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşləri rəsmi Bakının sülh gündəliyinə sadiqliyinin göstəricisi kimi dəyərləndirib.
Ermənistanda yeni konstitusiya layihəsinin təqdim olunmasına toxunan parlamentari bu sənəddə Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının həm yekun sülh müqaviləsinin imzalanması, həm də bölgədə dayanıqlı sülhün bərqərar olması baxımından mühüm perspektiv açdığını deyib.
T.Gəncəliyev tarixi paralellər apararaq İkinci Dünya Müharibəsindən sonra Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauerin ölkəni keçmişin ağır mirasından xilas etmək üçün apardığı siyasəti xatırladıb və Ermənistanın da bu "qara miras"dan imtina edərək konstitusiyasını dəyişdirəcəyi təqdirdə regiona sülhün daha sürətlə gələcəyini vurğulayıb.