Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. İki gündür bütün dünyanın diqqəti Azərbaycana yönəlib.
Dünən Bakıda COP29-un açılışı olub və bu gün liderlər bir araya gəlib.
Liderlər dünyada baş verən iqlim dəyişikliyini müzakirə edəcək və çıxış yolları axtaracaqlar.
Hazırda COP29-da olan politoloq Tural İsmayılov KONKRET.az-ın sullarını cavablandırdı və tədbirlə bağlı onun mövqeyini bildirdi: “COP29-a dünyanın önəmli liderləri qatılıblar.
Hal hazırda COP29 ərazisində dünyanın tanınmış siyasi liderlərini görürük. Bu tədbirə gəlməyən sadəcə Fransa prezidenti Emmanuel Makrondur.
Fransa dünyada ətraf mühitə zərər vuran ən ziyanlı ölkələrdən biridir.
Ona görə də Fransa prezidentinin COP29-da iştirak etməmsinin özü məqbul hadisədir.
Digər tərəfdən, bu gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeldən tutmuş, Baydenin iqlim məsələləri üzrə müşaviri Kob Kodesa, Britaniyanın baş naziri Keir Starmer, Türk dövlətlərinin, Avropa ölkələrinin rəhbərləri COP29-da iştirak edir.