Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. İstənilən mübarizədə qurşaqdan aşağı mübarizə metodu ikrah doğururur.
Ona görə ki, bu metod cəmiyyətə yaxşı heç nə vermir. Əksinə bu metoddan istifadə edənlər özlərinin cılığzlığını və bəsitliklərini ortaya qoy
Axı, ideal cəmiyyət olmadığı kimi, ideal insanlar da yoxdur.
İstənilən cəmiyyətdə və ixtiyari insanda tənqid üçün kifayət qədər məqamlar var. Bax buna sağlam tənqid deyirlər.
Təbii ki, sağlam tənqid üçün ilk növbədə tutarlı faktlar və güclü məntiq lazımdır.
Bu iki faktor olmayanda “tənqidçilər” keçirlər iyrənc mübarizə metoduna. Ən iyrənc mübarizə metodu isə qurşaqdan aşağı mübarizə üsuludur.
Təsadüfi deyil ki, müstəqil və qətiyyətli Azərbaycanın xarici düşmənləri tərəfindən maliyyələşdirilən “söyüş müxalifəti” bir qayda olaraq qurşaqdan aşağı mübarizə üsulundan istifadə edirlər.Bu metoddan ən çox bəhrələnənsə “söyüş müaxalifəti”nin təmsilçisi Tural Sadıqlıdır.
Sonuncu dəfə o belə bir metoddan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözçüsü, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdiliyə qarşı istifadə edib.