Turalın seçimi Bu(du)rsa, onda…

27.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Son illər Türkiyənin nəhəng klubları ilə adı hallanan Toral Bayramovun seçimi “Bursaspor” oldu. “Qarabağ”da Çempionlar Liqasının, Avropa Liqasının, Konfrans Liqasının qrupunda oynamış, milli komandanın üzvünün seçimi budursa…

Bu keçid birmənalı qarşılanmadı. Futbol portfoliosu zəngin olan və yaşı ötməmiş bir oyunçunun seçimi nəinki “Bursaspor”, ümumiyyətlə, Türkiyə olmamalıydı…

Toral haqda fikir bildirəndə daim qeyd etmişəm, o, potensialını doğru dəyərləndirməyən, əslində harda olduğunu tam dərk etməyən biridir.

Gücbəla 2-ci liqaya vəsiqə qazanmış kluba getməklə perspektivini basdırdı. Bursa futbol ənənəsi olan şəhərdir, qədim paytaxtdır, zəngin tarixi var, hansı liqada oynamasından asılı olmayaraq stadion dolur… Çi fayda, Toral yanlış seçim edib.

O, birmənalı Avropadan seçim etməliydi. Təklifləri də vardı…

Bəlkə də ailəsi bu seçimdə ona təsir edib – İstanbula yaxın şəhərdir, darıxdırıcı deyil, tanış mədəniyyət və tanış mətbəx və s.

Hər nədirsə, millinin hazırkı heyətinin iki ən yaxşısından biri legioner həyatına ilk addımı yaxşı atmadı.

Digəri isə Elvin Cəfərquliyevdir, görək o hara gedəcək…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью