Türamı o əvəz edəcək

10.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Fransa milli komandasının heyətində məcburi dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) mətbuat xidməti məlumat yayıb.

“İnter”in (Milan) hücumçusu Markus Türam zədələndiyi üçün yığmanın toplanışını tərk etməli olub. Noyabrın 8-də A Seriyasının “Komo” ilə matçında (2:0) sağ budunun arxa əzələsində ağrılar hiss edən 29 yaşlı futbolçu tibbi müayinədən sonra klubuna göndərilib.

Baş məşqçi onun əvəzinə “Bornmut”un hücumçusu Eli Krupini ilk dəfə əsas milli komandaya dəvət edib. Cari mövsümdə “Bornmut”un heyətində 4 oyuna çıxıb 1 məhsuldar ötürmə edən Krupi daha əvvəl Fransanın yeniyetmə və gənclər yığmalarında çıxış edib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının A-1 qrupunda 10 xalla birinci sırada qərarlaşan Fransa millisi noyabrın 12-də səfərdə İtaliya ilə qarşılaşacaq, noyabrın 15-də isə Türkiyə yığmasını qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью