Turan autsayderlə bacarmadı

05.04.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasında XXIX tura start verilib.

Axar.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında çempionatın autsayderi "Səbail" öz meydanında avrokuboklar uğrunda mübarizə aparan "Turan Tovuz"u qəbul edib. "ASCO Arena"dakı görüşdə hesab açılmayıb.

Hazırda Tovuz təmsilçisi 44 xalla 4-cü, Bakı klubu isə 20 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью