Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, dünya çempionatının ikinci günündə Azərbaycanı dörd cüdoçu tatamidə təmsil edir.
66 kq
Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Sərdar Rəhimova qalib gələrək 1/8 finala yüksəlib. Lakin 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olaraq mübarizəni dayandırıb.
Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Važa Margelaşviliyə qalib gələrək 1/16 finala yüksəlib. Burada Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni başa vurub.
Turan Bayramov startda Finlandiya təmsilçisi Saşa Luukasa məğlub olub və turnirdə çıxışını başa çatdırıb.
52 kq
Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, hazırda komandamızın aktivində bir medal var. Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.