“Turan” beynəlxalq turnirdə Yunanıstan klubu ilə qarşılaşacaq

03.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu ay Yunanıstanda turnirə qatılacaq.

Bu barədə AZƏRTAC-a Tovuz klubunun prezidenti Həsən Zeynalov məlumat verib.

O, turnirin paytaxt Afinada olacağını qeyd edib: “Buradakı rəqiblərimizdən biri də Yunınıstanın əsas liqasında çıxış edən “ASP Tetis” komandası olacaq”.

Xatırladaq ki, son çempion “Turan”ın daha əvvəl bu ay İtaliyanın Milan şəhərində hazırlıq keçəcəyi bəlli idi. Komanda buradakı hazırlıqdan sonra Yunanıstana yola düşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью