Turan Bolqarıstan klubuna şans tanımadı YENİLƏNİB

03.11.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olub.

Matç komandamızın üstünlüyü ilə keçib. Tovuz təmsilçisi 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

Qeyd edək ki, “Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını üstələyib –  3:0, 3:2.

“DH Volley” CEV Çelenc Kubokunda mübarizəyə başlayır Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью