“Turan” çempion kapitanı komandada saxladı

05.07.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın “Turan” voleybol klubu kapitanı Ayşən Abdüləzimova ilə əməkdaşlığı uzadıb.

İdman.Biz xəbər verir ki, təcrübəli voleybolçu 2026/2027 mövsümündə də komandanın formasını geyinəcək. Bu barədə klubdan bildirilib.

Ötən mövsüm kapitan kimi komandaya liderlik edən Abdüləzimova “Turan”ın Azərbaycan çempionatındakı debüt mövsümünü çempionluqla başa vurmasında mühüm rol oynayıb.

Yeni mövsümdə də kapitan həm ölkədaxili yarışlarda, həm də Avropa arenasında “Turan”ın uğurları üçün mübarizəsini davam etdirəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью