Turan Çempionlar Liqasında Maritsa nı məğlub etdi

03.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью