Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayındırmaq qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bununla əlaqədar informasiya agetliyinin direktoru Mehman Əliyev kollektiv adından oxucularına müraciət edib.
Müraciətdə deyilir: "Hörmətli oxucular, Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib.
1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
Lakin bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil.
Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.
Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir.
İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq.