“Turan” komandası tarixi qələbəni avtobusda rəqslə qeyd edib VİDEO

30.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsini avtobusda rəqslə qeyd ediblər.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisinin voleybolçuları Xorvatiyanın “Mladost Zaqreb” komandası üzərində səfər qələbəsindən sonra “Ay tovuzlular” mahnısının sədaları altında oynayıblar.

“Turan” ikinci təsnifat mərhələsinin Zaqrebdə keçirilən cavab qarşılaşmasında rəqibini 3:2 hesabı ilə məğlub edib. Tovuzdakı ilk oyunda da üç setdə qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

“Turan” üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью