Turan Manafov hədiyyəsinə qovuşdu

10.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mükafatı futbolçuya "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Tədbir XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl baş tutub. Qonaqların futbolçusu Turan Manafov yanvar ayının ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb. Müdafiəçinin XIX turda "Turan Tovuz"la keçirilən oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью