“Turan” “Naxçıvan”ı məğlub edərək qələbə seriyasını davam etdirdi

18.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Turan” “Naxçıvan”ı məğlub edərək qələbə seriyasını davam etdirdi

Tovuz təmsilçisi Super Liqada doğma meydanda mövsümün ilk qələbəsini qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü turun növbəti oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində yerli “Turan” komandası çempionatın debütantı “Naxçıvan”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Turan” ilk setdə 25:14, ikinci setdə 25:18, üçüncü setdə isə 25:20 hesabı ilə üstün olub.

Beləliklə, Tovuz təmsilçisi mövsümdə doğma meydanda ilk qələbəsini qazanaraq məğlubiyyətsiz seriyasını davam etdirib.

Qeyd edək ki, “Turan” noyabrın 16-da “Murov Az Terminal”ı da 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью