“Turan” növbəti mərhələyə yüksəlib

31.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət Tovuzun “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

Xorvatiya təmsilçisi “Mladost”un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.

“Turan”ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın “Maritsa” klubu olacaq.

Xatırladaq ki, “Turan” oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda “Mladost”a 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qalib gəlib. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью