Turan Tovuz 2 futbolçu ilə vidalaşdı EKSKLÜZİV

19.05.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Mövsüm hələ başa çatmasa da "Turan Tovuz"da "yarpaq tökümü" başlayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "boz qurdlar" artıq 2 futbolçu ilə yolları ayırıb.

Kluba yaxın mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, baş məşqçi Kurban Berdiyev müdafiəçilər Sadiq Quliyevdən və Eltun Turabovdan məşqlərə qatılmamasını istəyib.

Qeyd edək ki, həm Quliyevin, həm də Turabovun klubla müqaviləsi gələn ay başa çatır. Sadiq cari mövsümdə 1, Eltun isə 6 oyunda meydana çıxıb.   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью