Turan Tovuz 2300 manat ziyana düşdü

05.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda keçirilən "Turan Tovuz" - "Qarabağ" oyununda azarkeşlərin davranışlarına görə hər iki komandanı cərimələyib. Sport24.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda meydan sahiblərinin tərəfdarı pirotexniki vasitədən istifadə etdiyini görə qərb təmsilçisi 1500 manat cərimələnib.

Bundan başqa, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün "boz qurdlar" 800 manat cərimə ödəməli olacaq.

"Qarabağ" azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə isə stadiona dəymiş zərəri "Qarabağ" ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью