Turan Tovuz 3 milyondan çox pulu hara xərcləyib?

16.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Turan Tovuz"un 2024-cü il üçün büdcəsi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Klubun ötən il üçün gəlirləri 6 milyon 145 min 200 manat təşkil edib. Sponsorlardan daxilolmalar - reklam gəlirləri 1 milyon 187 min 800 manat, bilet satışından 57 min 500 manat, sair gəlirlər 4 milyon 899 min 900 manat olub.

Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 3 milyon 752 min 200 manat ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью