“Turan Tovuz” 30 a çatdı

03.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 30-cu qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, XI turun Qərb derbisinə təsadüf edib. Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

“Turan Tovuz” 30-cu qələbəsini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.

Qeyd edək ki, Tovuz təmsilçisi Premyer Liqadakı ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью