“Turan Tovuz” 8 oyundur ki, qol buraxmır “Neftçi”ni də uddular

09.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Misli Premyer Liqasının 23-cü turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, tovuzlular matçda 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 56-cı dəqiqədə Batista vurub.

Qeyd edək ki, Tovuz təmsilçisi ardıcıl olaraq 8 oyundur ki, qapısını toxunulmaz saxlamağı bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью