“Turan Tovuz” açılış gününü elan etdi

20.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçiriləcək

QOL.az xəbər verir ki, bu haqda “Turan Tovuz” klubunun yaudığı açıqlamada bildirilib.

Açılış mərasimi aprelin 21-i saat 13:00-da keçirləcək.

Qeyd edək ki, ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə  yanaşı daha 2 təbii örtüklü meydança salınacaq. 

İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana,  suvarma sistemi ilə təmin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью