“Turan Tovuz” “ağzına su aldı” “İdarə Heyətinin qərarına əsasən...”

26.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bilindiyi kimi, AFFA İntizam Komitəsi “Turan Tovuz”u “Şamaxı”yla oyunöncəsi yaydığı məlum bəyanat üzündən 20 min manat cərimələdi.

İndi yüzlərlə azarkeş klubun sosial şəbəkə hesablarının rəy bölməsində bu istəklə çıxış edir: “kart hesabı açın, cəriməni biz ödəyək”.
Bəs, klub assossasiyanın qərarıyla barışırmı? Tərəfdarların yardımından faydalanmaq mümkündümü?
“Football-plus.az” bu suallarla tovuzluların mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdikdə gözlənilməz cavabla üzləşdi:

“İdarə Heyətinin qərarına əsasən, məlum qərar və qalan məsələlər ilə bağlı açıqlama verməyəcəyik”.


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью