Turan Tovuz Antalyada ikinci oyuna çıxır

12.01.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ikinci yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, bölgə təmsilçisi Özbəkistanın yüksək liqasında mübarizə aparan "Paxtakor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq 

"Turan Tovuz" hazırda Misli Premyer Liqasında 32 xalla 3-cüdür. "Paxtakor" isə ölkə çempionatında 38 xalla 6-cı yeri tutur.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk yoxlama oyununda "Qloriya Bizau" (Rumıniya) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью