Turan Tovuz Antalyaya gedir

24.12.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Turan Tovuz"un qış hazırlıq planı bəlli olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 4-də  Türkiyənin Antalya şəhərinə yollanacaq.

Kemer bölgəsindəki "Sherwood Exclusive" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 13-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcəyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью