“Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?

12.05.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Elitaya yüksəldiyi üçüncü mövsümdə avrokuboklara vəsiqə qazanmağı bacaran “Turan Tovuz” azarkeşlərini hazırda bir sual da çox maraqlandırır: komanda rəqiblərini Tovuzda qəbul edə biləcəkmi?

Klubdan “Football-plus.az”a verilən məlumata görə bunun üzərində iş başlayıb. Qonaq azarkeşlər üçün ayrıca qapı açılacaq, media sektoru genişləndiriləcək. UEFA-nın tələblərinə və meyarlarına uyğun texniki xarakterli işlər görülür. Çox güman, komanda ilk iki mərhələdəki oyunları doğma şəhərdə keçirə biləcək. O başqa məsələ ki, ölkə kubokunu "Sabah" qazansa, "bozqurd" yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq. Yəni Tovuzda cəmi bir matç keçirə biləcək.
Qeyd edək ki, avrokuboklarda mübarizə iyulda start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью