“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı KONKRET

16.06.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Turan Tovuz” futbol klubu 2026/2027-ci il UEFA Konfrans Liqasında iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciəti ilə bağlı qərarını açıqlayıb.

Qurum UEFA-nın Apellyasiya Orqanının iyunun 2-də klubla bağlı qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

“15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik” , – məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью