“Turan Tovuz” azarkeşlərinə müraciət etdi

20.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz şəhər stadionuna kameralar quraşdırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bunlar qeyd edilib:

“Bildiyiniz kimi, vacib və məsuliyyətli bir yola çıxmışıq. Bu yolda klubumuzun ən böyük dəstəkçisi məhz 12-ci oyunçumuz olan azarkeşlərimizdir. “Turan Tovuz” azarkeşləri komandalarına sadiqliyi, mükəmməl dəstəyi, qonaqpərvərliyi, nümunəvi davranışları ilə hər zaman diqqət mərkəzində olub. Nəticədən, məsafədən, hava şəraitindən asılı olmayaraq komandamıza göstərdiyiniz dəstək bizi daha da ruhlandırır.
Çıxdığımız vacib və məsuliyyətli yolda bir çox əngəlləri aşmalı, çatışmazlıqları aradan qaldırmalıyıq. Stadionumuzun tələb olunan standartlara cavab verməsi üçün əməli fəaliyyətə başlamışıq. Təmir-bərpa və yenidənqurma işləri ilə yanaşı, infrastruktur meyarının tələblərinə uyğun olaraq stadionumuzda 10 ədəd həssas kamera quraşdırılıb. Təhlükəsizliyin təmin olunması, neqativ halların qarşısını almaq məqsədi ilə quraşdırılan kameralar vasitəsi ilə hər hansı neqativ hərəkətə yol verən şəxsin kimliyi qısa müddətdə aşkar olunur.
Qeyd edək ki, neqativ hallar klubun, azarkeşlərin imicinə zərər vurmaqla yanaşı böyük maliyyə cərimələrinə gətirib çıxarır. Odur ki, tribunada yerinizi alın, nümunəvi davranışınız və möhtəşəm dəstəyinizlə həmişə olduğu kimi komandamızın 12-ci oyunçusu siz olun!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью