“Turan Tovuz” Azərbaycan çempiontlarında 150 yə çatdı

24.11.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Turan Tovuz” Azərbaycan çempiontlarında 150-yə çatdı

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, debütü 2022/23 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью