Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının XII turunda “Şamaxı” və “Turan Tovuz” klubları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Emin Əlyarovun idarə etdiyi matçın 75-ci dəqiqəsində Tovuz təmsilçisinin üzvü Xorxe Silva qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Görüşdə qolları Joarlem Santos (34-cü dəqiqə) və İbrahima Vadji (88-ci dəqiqə) vurublar.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 24 xalla turnir cədvəlinin 4-cü, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə 14 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Şəfa” “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polimer Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.