“Turan Tovuz” Berdıyevi rəsmən açıqladı

13.06.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz” yeni baş məşqçisi Kurban Berdıyevin təyinatını rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью