“Turan Tovuz” bəyanat yaydı

13.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında V tur davam edir.

Apasport.az xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"la qarşılaşıb - 2:2.

Matçdan sonra Tovuz təmsilçisi bəyanat yayıb:

"Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.
“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik"!

Sumqayıtda qollu bərabərlik - YENİLƏNİB Amil Ağacanov: “Bu gün bizdə aqressiya yox idi” Azər Məmmədov: “Uduzsaydıq, məyus olmayacaqdım” “Kəpəz”dən ev qələbəsi - YENİLƏNİB Elhad Nəziri: Bu, futbolçuların mənə olan sevgisidir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью