“Turan Tovuz” bu gün “Şamaxı”nı qəbul edəcək

23.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Turan Tovuz” bu gün Misli Premyer Liqasının ikinci turunda “Şamaxı”nı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək və saat 18:30-da başlayacaq.

Görüşün baş hakimi Rauf Cabarov olacaq. Ona yan xətt hakimləri Eyyub İbrahimov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Matçın VAR hakimi Vüqar Həsənli, AVAR hakimi isə Zeynal Zeynalov olacaq. Hakim-inspektor vəzifəsi Munis Abdullayevə həvalə edilib. AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью