Turan Tovuz bunu bacaran üçüncü klub oldu

27.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ"ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Sport24.az xəbər verir ki, IV turun 2024-cü il avqustun 24-də keçirilən matçında "Turan Tovuz"la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.

"Turan Tovuz" "Qarabağ"la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə "Şəmkir" (3:1, 2:0), 2020/21 mövsümündə "Neftçi" (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.

Qeyd edək ki, ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/99, yarımçıq qalan2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью