“Turan Tovuz” CƏZALANDIRILDI

05.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Sabah”ın futbolçusu İqor Noqeyra “Kəpəz”lə matçda qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib. “Neftçi” – “Şamaxı” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Səbail” oyununda meydan sahiblərinin futbolçusu Kauan Martins 45-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb. O, 1 matçlıq cəza alıb, klub 1000 manat xərcə düşüb.
Tovuz təmsilçisinin məşqçisi Ruslan Abışov birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub 1500 manat cərimə ödəyəcək. “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə qərblilər daha 1000 manat ziyana düşüb.
“Sumqayıt” – “Araz-Naxçıvan” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib.
“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə qəsəbə klubu 800 manat cərimələnib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью