Turan Tovuz da azarkeşlər və futbolçu arasında dava VİDEO

05.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz"un futbolçusu Veysəl Rzayevlə komandanın azarkeşləri arasında dava düşüb.

İdman.biz xəbər verir ki, hadisə "Səbail" - "Turan Tovuz" matçı başa çatdıqdan sonra yaşanıb.

Meydana 19-cu dəqiqədə daxil olan Veysəlin azarkeşlərin atmacasına cavab verməsi aranın qarışması ilə nəticələnib. Mühafizəçilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, son 5 oyunda qələbə qazana bilməyən "Turan Tovuz" azarkeşlərin ciddi tənqidi ilə üzləşib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью