Turan Tovuz da ciddi itkilər Qarabağ la matçda olmayacaqlar

27.03.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

“Turan Tovuz” “Qarabağ”la görüşə itkilərlə çıxacaq.

Apasport.az saytına verilən məlumata görə, komandanın iki mərkəz müdafiəçisi Şəhriyar Əliyev və Roderik Miller hələ də kollektivlə məşqlərə qoşulmayıb.

Panama millisinin üzvü hazırda fitnes məşqlərini yerinə yetirir və ən yaxşı halda qarşıdakı həftə kollektiv çalışmalara qoşula biləcək.

Şəhriyar Əliyev isə ən azı 3 həftə komandasına kömək edə bilməyəcək. O, zədəsini tam sağaltmadığı üçün kollektiv məşqlərə qoşula bilmir.

Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" matçı sabah keçiriləcək.

Lənkəran klubu ölkə çempionatından kənarlaşdırıldı İntizam Komitəsinin iclası keçirilib - Bütün qərarlar Yığmamız Xorvatiya ilə qarşılaşacaq “Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb Birinci Liqa klubuna hakimliklə bağlı seminar keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью