Turan Tovuz dan ayrılan futbolçu Liviya klubunda

08.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz" klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən nigeriyalı hücumçu Otto Con özünə yeni komanda tapıb.

Oxu.Az xəbər verir ki, bu barədə Liviyanın "Əl Mədinə" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Otto Con "Əl Mədinə" klubu ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, 2023-cü ildən "Turan Tovuz" klubunun formasını geyinən 27 yaşlı nigeriyalı hücumçu 56 oyunda meydana çıxıb, 16 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью