Turan Tovuz dan ayrılan müdafiəçi Rusenborq da RƏSMİ

09.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz"dan ayrılan Mark Mampassinin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, rusiyalı müdafiəçi karyerasını Norveçdə davam etdirəcək.

Mampassi "Rusenborq"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Turan Tovuz" Mark Mampassini 2025/26 mövsümünün ikinci yarısında Moskva "Lokomotiv"indən icarəyə götürmüşdü.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью