Turan Tovuz dan yubiley qolu

24.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turunda qeydə alınıb.

"Araz-Naxçıvan"la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov 150-ci qolun müəllifi olub.

Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva imza atıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью