“Turan Tovuz” DÇ 2026 ya görə hər gün qacanc əldə edəcək Məbləğ…

08.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qacanc əldə edəcək - Məbləğ…

“Turan Tovuz” qarşıdan gələn dünya çempionatına görə FİFA-dan gəlir əldə edəcək.

QOL.az-ın xəbərinə görə, bu, komandanın futbolçusu Roderik Milllerin mundialda iştirakına görə olacaq. Daha əvvəl məlumat verdiyimiz kimi, 34 yaşlı müdafiəçi DÇ-2026-nın iştirakçılarından olan Panama millisinin 26 nəfərlik yekun heyətində yer alıb.  

FİFA rəsmi saytı vasitəsi ilə elan edib ki, dünya çempionatında milli komandalarla yanaşı, klublar da maliyyə qazancı əldə edəcək. FİFA Şurası təsdiqləyib ki, FİFA ilə Avropa Klublar Assosiasiyası (EFC) arasında yenilənmiş memorandum çərçivəsində ayrılmış 355 milyon dollarlıq fond (DÇ-2022 ilə müqayisədə 70 faiz çox) iki hissəyə bölünəcək.

100 milyon dollar DÇ-2026-nın seçmə mərhələsində futbolçularını milli komandalara göndərən klublara ayrılıb. Bu vəsait hər futbolçu və hər oyun üzrə hesablanacaq. Seçmə mərhələdə 905 matç keçirildiyindən, təxmini ödəniş hər futbolçu üçün hər oyuna görə 2360 dollar olacaq.

Daha 250 milyon dollar isə 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək final mərhələsində futbolçuları iştirak edən klublar arasında bölüşdürüləcək. Burda isə ödənişlər futbolçunun heyətdə yer alması və turnirdə keçirdiyi günlərin sayına əsasən hesablanacaq. İlkin hesablamalara görə, minimum ödəniş hər futbolçu üçün gündə təxminən 5000 dollar olacaq. Dəqiq məbləğ turnirdən sonra açıqlanacaq.

Bu o deməkdir ki, DÇ-2026-nın final mərhələsinin başlandığı 11 iyundan etibar “Turan Tovuz” Roderik Millerə görə hər gün üçün ən azı 5000 min dollar gəlir əldə edəcək. Panama millisi İngiltərə, Xorvatiya və Qana ilə birgə L qruıpunda yarışacaq. Onlar qrupda son matçlarını iyunun 28-də İngiltərəyə qarşı keçirəcəklər. Bu o deməkdir ki, Miller DÇ-2026-da qalacağı ən azı 18 gün müddətində 90 min dollar gəlir əldə edəcək. Lakin Panama qrup mərhələsini adlayarsa, məbləğ daha da arta bilər.

Xatırladaq ki, mundialda Azərbaycan Premyer Liqasından olan ilk və hələlik yeganə futbolçu Roderik Millerdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью