“Turan Tovuz” DÇ dən qazanc götürəcək Məbləğ açıqlandı

22.07.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

2026-cı il dünya çempionatına futbolçu göndərən klubların FIFA-dan əldə etdiyi gəlirlər açıqlanıb.

Apasport.az xəbər verir ki, 50 komandadan ibarət əsas siyahıya İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.

Premyer Liqa təmsilçisi FIFA-dan 4,4 milyon dollar gəlir əldə edib.

İlk üçlükdə İspaniyanın "Barselona" (3,9 milyon dollar) və Almaniyanın "Bavariya" (3,4 milyon dollar) klubları da yer alıb.

Türkiyədən isə "Qalatasaray" 2 milyon dollarla 19-cu, "Fənərbaxça" isə 1,9 milyon dollarla 21-ci pillədə qərarlaşıb.

İlk 10-luq:

1. "Mançester Siti" – 4,4 milyon dollar
2. "Barselona" – 3,9 milyon dollar
3. "Bavariya" – 3,4 milyon dollar
4. "Arsenal" – 3,3 milyon dollar
5. PSJ – 3,2 milyon dollar
6. "Atletiko" – 3,2 milyon dollar
7. "Kristal Pelas" – 2,7 milyon dollar
8. "Mançester Yunayted" – 2,6 milyon dollar
9. "Real" – 2,6 milyon dollar
10. "Milan" – 2,4 milyon dollar

Azərbaycanı "50-lik" siyahıda təmsil edən klub olmasa da, Panama millisinin heyətində dünya çempionatında çıxış edən Roderik Millerə görə "Turan Tovuz" da FIFA-nın Klublara Faydalanma Proqramı çərçivəsində kompensasiya alacaq.

Tovuz təmsilçisinin FİFA-dan 150-200 min ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir. 

Qeyd edək ki, FIFA dünya çempionatında iştirak edən futbolçuların milli komandaların sərəncamında olduqları müddətə görə onların klublarına kompensasiya ödəyir.

FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başladı - VİDEO “Zirə”ni III mərhələdə bu komandalar gözləyir - YENİLƏNİB KL: "Neftçi"nin potensial rəqibi bəlli oldu - YENİLƏNİB AL: “Qarabağ” və "Sabah"ın III mərhələdəki potensial rəqibləri - YENİLƏNİB ÇL: "Sabah"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью